Quba rayonunda 49 yaşlı kişi dəhşətli şəkildə intihar edib. Quba rayon prokuroru Nazim Hacıyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Çiçi kəndində kənd sakini, 1963-cü il təvəllüdlü Rəhim Nəzərpaşa oğlu Süleymanovun yanmış meyidi yaşadığı həyətdə tapılıb. Araşdırmalar zamanı məlum olub ki, Rəhim Süleymanov özü-özünü yandırıb. Onun yanından 1 litlik plastik qabda benzin və cibindən məktub tapılıb. Məktubda yazılıb:“Mənim ölümümdə heç kim günahkar deyil. Özüm özümü yandırmışam. Mən öləndən sonra qəbrimin üstünə heç kim gəlməsin”.Məlumata görə, 3 uşaq atası olan Rəhim Süleymanov bir müddət əvvəl həyat yoldaşından ayrılıb və R.Süleymanov Quba rayonlararası Nevroloji Xəstəxanada qeydiyyatda olub.