Qubada istirahət mərkəzi yandı

Qubada istirahət mərkəzi yandı
Bütün Xəbərlər
11:39 26.07.2015
2505
FHN məlumat yayıb.
Quba rayonu, İkinci Nügədi kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus istirahət mərkəzində yanğın baş verib.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 90 kv.m olan istirahət mərkəzində mətbəxin yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.
İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
OXŞAR XƏBƏRLƏR