Qubada oğurluq törədən şəxslər saxlanıldı

Qubada oğurluq törədən şəxslər saxlanıldı
Bütün Xəbərlər
09:58 18.01.2013
1377
Quba polisi evlərdən qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxsləri saxlayıb. Quba polis şöbəsinin əməkdaşı İlkin Kərimovun ANS PRESS müxbirinə verdiyi məlumata görə, onlar Baxşəli Gəbəybəyov və Elman Cəlalovdur. Hər iki şəxs şəhər sakini Sara Həmidovanın polis idarəsinə etdiyi şikayətdən sonra saxlanılıb və onlar 970 manat dəyərində qızıl zinət əşyalarını oğurlamaqda ittiham olunurlar. Dindirilmə zamanı cinayətlərini etiraf edən saxlanılanlar törətdlikləri əməldən peşman oluduqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR