Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Əhsan Kazımovun verdiyi məlumata görə, saxlanılan şəxs Bakı şəhərində qeydiyyatda olan 33 yaşlı Denis Vladimiroviç Sterikovdur.
O, Quba rayonunun Qırmızı qəsəbəsində müvəqqəti qalıb və Fətəli Xan küçəsi 200 ünvanında yaşayan Yadaiyayev Kanokovun evində fəhləlik edirmiş. Əlinin zəhmətilə dolanmağın çətin olduğunu görən Denis asan qazanc əldə etməyi planlaşdırır. O yanvarın 29-da çalışdığı evin birinci mərtəbəsinə gizlincə girərək, ev sahibinin əşyalarını oğurlayıb.
Maraqlısı odur ki, Denisin oğurladığı əşyalar içərisində ən çox qadın alt paltarları olub. Saxlanılarkən Denis Sterikovun üzərindən 0,317 qram narkotik maddə də aşkarlanıb.
Faktla bağlı Denis Sterikov barəsində AR Cinayət Məcəlləsinin 234.1 ( yəni narkotik maddələrin qanunsuz olaraq saxlanılması) və 177.2.3 maddələri (oğurluq) ilə cinayət işi başlanılıb./// AnsPress