Qubada yəhudi icması rəhbərinin evinə basqın edən dəstə tutuldu

Qubada yəhudi icması rəhbərinin evinə basqın edən dəstə tutuldu
Bütün Xəbərlər
13:39 08.12.2014
1557
Saxlanılanlardan biri qadındır.
Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə basqın edənlər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata əsasən, tutulanlar Eldar Avadyayev, Xalid Seyidov, Türkanə Rəhimova, Turac Vəliyev və Əfqan İbrahimovdur.
Evdən aparılmış pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, dekabrın 6-da üzlərinə maska taxmış 3 naməlum şəxs qanunsuz yolla Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə daxil olaraq onu və bacısı Lizanı soyuq silahla hədələyib müxtəlif dərəcəli bədən xəsarətlər yetirib, mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk ediblər.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR