Qubada yeni körpü istifadəyə verildi

Qubada yeni körpü istifadəyə verildi
MEDİA
09:45 23.04.2013
1453

Bakı-Quba yolunun 161-ci km-də, Ağçayın Quba rayonunun İqriq kəndi ərazisindən keçən hissəsində yeni avtomobil körpüsü istifadəyə verilib.

AZXEBER.COM-un məlumata görə körpünün açılış mərasimində «Azəryolservis» ASC-nin sədrinin müavini Şaiq Bilalov, Quba rayonunun İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyəti iştirak edib.

Yeni körpünün tikintisinə ötən ilin dekabr ayından başlanılıb. 1973-cü ildə istifadəyə verilən köhnə körpü istismar müddətini başa vurduğundan ötən ilin sonundan avtomobillər Bakı-Quba və əks istiqamətə müvəqqəti salınmış alternativ yoldan istifadə edirdilər.Qeyd edək ki, yeni 3 aşırımlı, dördzolaqlı körpünün uzunluğu 84 metr, qabariti 21,5 metrdir. Bununla yanaşı, 700 metr sahil bərkitmə işləri aparılıb və baraj bəndi quraşdırılıb. Bu da körpünün aşırımlarını su yuyulmasından qoruyacaq.

OXŞAR XƏBƏRLƏR