Qudasının qızını zorlayıb hamilə qoyan şəxs məhkəmə qarşısında

Qudasının qızını zorlayıb hamilə qoyan şəxs məhkəmə qarşısında
Bütün Xəbərlər
12:23 01.06.2015
7719
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qudasının 16 yaşlı qızını zorlamaqda ittiham olunan 1967-ci il təvəllüdlü Əlifağa Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirilib.
İyunun 4-də ilkin baxış iclası keçiriləcək.
Xatırladaq ki, hadisə ötən ilin may ayında baş versə də, qızın ailəsi bu ilin fevral ayında polisə şikayət verib. İşi aparan müstəntiq Elçin Tağıyev bildirmişdi ki, 1967-ci il təvəllüdlü Bayramov Əlifağa Həmiş oğlu qızı 16 yaşı olanda 3 dəfə zorlayıb: “2013-cü ilin avqustunda zorlanan qızın qardaşı Əlifağanın qızını alıb. O vaxtdan qohumluq əlaqələri yaranıb və onlar bir-birlərinin evinə gedib gəlməyə başlayıblar. Qız Ələt qəsəbəsində atası ilə birlikdə yaşayıb.
Qudaların hər ikisi “malyar” işləyirmiş. Sonradan Əlifağa bir yerdə işə getmək üçün gəlib qudasıgildə qalırmış. 2014-cü ilin mayın 1-də Əlifağa qudasıgilə gəlib, görüb evdə heç kim yoxdur. Qızdan soruşub ki, atan hardadır, o da deyib evdə yoxdur. İçəri keçib qızı danışdırmağa başlayıb. Sonra qəfildən qızı vurub və F.M huşunu itirib. Həmin vaxt qızın 16 yaşı olub. Ondan sonra təxminən 1 saat qızla təbii yolla cinsi əlaqədə olub. Bir saatdan sonra qız özünə gələndə görüb ki, Əlifağa artıq evdən çıxıb gedir. Görüb ki, soyundurulub, üst-başı da qan içindədir. Qız bunu heç kimə deməyib.
Üç gün sonra mayın 4-də gecə yenə Əlifağa qudasıgildə qalıb. Səhər qızın atası işə tez gedib. Əlifağaya da deyib ki, ondan sonra gələr. Qızın atası çıxandan sonra Əlifağa qızı yatdığı çarpayısında zorlayıb. Bu dəfə qız özündə olub, müqavimət göstərib. Əlifağa qızı döyərək onunla cinsi əlaqədə olub. Qıza hədə-qorxu gəlib ki, kiməsə desən sənin başını kəsəcəyəm. Ümumi 3 dəfə qızı zorlayıb. Sonuncu dəfə 2014-cü ilin iyunn ayının axırlarında olub. Qızı guya gəlinlərini görmək üçün Salyan rayonun Kürsəngi kəndinə öz evlərinə aparıb. Yolda istiqaməti dəyişib, qıza deyib ki, qısa yolla gedəcəyik. Heç kimin olmadığı bir yerə gələndə maşında qızı yenə zorlayıb. Bundan sonra qız hamilə qalıb. Amma qorxusundan heç kimə deməyib.
Üstündən bir neçə ay keçəndən sonra böyük bacısı şübhələnib. Bu ilin fevralın 7-də bacısına hər şeyi danışıb. Fevralın 8-də Hacıqabulda xəstəxanaya gediblər. Həkim deyib ki, 35 həftəlik hamilədir, martın 15-də isə uşaq doğulub".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır