Qumbaranın partlaması 3 əsgərimizi yaraladı

Qumbaranın partlaması 3 əsgərimizi yaraladı
Bütün Xəbərlər
11:47 09.07.2014
1157
Azərbaycan Ordusunun üç əsgəri qumbara ilə ehtiyatsız davranma nəticəsində xəsarət alıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə iyulun 8-də keçirilən təlimlər zamanı baş verib.
Qumbara ilə ehtiyatsız davranma nəticəsində əsgərlər Həşimli Bəhram Məhərrəm oğlu, Məmmədov Orxan Allahverdi oğlu və Ağalarzadə Rəhimağa Əsgər oğlu yüngül xəsarət alıb.
İlkin tibbi yardım göstərilən hərbi qulluqçular Gəncə qarnizon hospitalına yerləşdiriliblər. Vəziyyətləri kafidir.
OXŞAR XƏBƏRLƏR