'Quranda İsadan bəhs edildiyini bilmək çox yaxşı hissdir'
Bütün Xəbərlər
09:23 04.01.2013
1190
Norveçin paytaxtı Osloda Milad zamanı kilsəyə gələn tələbələrə İsa peyğəmbərlə bağlı Quran ayələrini oxuyan rahibə peşman olmadığını bildirdi. Klara Voql, “Ellinqsrud” kilsəsində kiçik tələbələrə Quranın “Məryəm” surəsindən bəzi ayələrin izahlı tərcüməsini oxuduqda böyük etirazlarla qarşılaşdı. Başda xristian din adamları olmaqla tələbələrin valideynləri, partiya liderləri Təhsil Nazirliyi və s. bir çox insan baş verənlərə etirazını bildirib.Mətbuata müsahibə verən norveçli keşiş, Quranda İsa peyğəmbərin (ə) dünyaya gəlməsindən bəhs edən ayələrin çox təsirli və gözəl olduğunu bildirib. Bu qədər etirazların olacağını düşünmədiyini deyən Voql, yenə də peşman olmadığını qeyd edib.