Qurban Bayramı günlərində Azərbaycan mətbuatı necə işləyəcək?

Qurban Bayramı günlərində Azərbaycan mətbuatı necə işləyəcək?
MEDIA
15:50 03.10.2014
1758
İslam Dünyasının müqəddəs bayramlarından sayılan Qurban Bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban Bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd edilir.
Məlum olduğu kimi, bir neçə gündən sonra Qurban Bayramı başlayır. Nazirlər Kabinetinin qərarına əsasən, 4-5 oktyabr Qurban Bayramıdır. Əmək Məcəlləsinə əsasən, 4 və 5 oktyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 6 və 7 oktyabr tarixləri qeyri-iş günü olacaq.
Bəs, ölkənin aparıcı sayt və qəzetləri bu qeyri-iş günlərində necə fəaliyyət göstərəcəklər?
Bu suala cavab tapmaq üçün bir neçə sayt və qəzet rəhbərləri ilə əlaqə saxladıq.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov: “Oktyabrın 4, 5, 6 “Yeni Müsavat” qəzeti fəaliyyət göstərməyəcək. Ayın 7-də əməkdaşlarımız işə çıxacaq. Oxucularımız oktyabrın 8-dən etibarən qəzetimizi alıb, oxuya bilərlər”.
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov: “Biz mümkün qədər çalışacağıq ki, fəaliyyətimiz davam etsin. Çünki qəzetimizin gəlir yeri satışdan asılıdır. Bayram günləri qəzetin dayanması bizə çox ziyan vuracaq. Ona görə də, biz işləməyə üstünlük veririk. Amma yekun qərar verilməyib. Biz yayım şirkəti ilə danışacağıq. Ən son qərar bu danışıqdan asılı olacaq”.
Musavat.com saytının baş redaktoru Xalid Kazımlı: “Qurban Bayramı ərəfəsində saytımız sutkada 20 saat intervalında və hər gün işləyəcək. Öz oxucularına ölkədə və dünyada baş verən hadisələr haqda xəbər verəcək. Oxucularımızı xəbərsiz qoymayacağıq”.
Virtualaz.org saytının baş redaktoru Famil Cəfərli: “Bizdə iş rejimi adi günlərdən çox da fərqlənməyəcək. Bayram günlərində də işləyəcəyik. Sadəcə, şənbə günü digər günlərdən fərqlənir. Günün yarısına kimi çalışacağıq”.
Qafqazinfo.az saytının redaktoru Günel Əbilova: “Bizim saytda iş rejimi 6 günlük olduğu üçün biz belə qərara gəldik ki, 6-cı gün - oktyabrın 4-də ənənəyə uyğun olaraq, işə gələk. Bayram istirahətinin digər 3 günündə isə gecə növbətçilərimiz işbaşında olacaq. Əlbəttə, bayram günlərində xəbər çox az olur, buna baxmayaraq, sayt yenilənəcək. “Qafqazinfo”da həmişə bayram günlərində xəbərlər yenilənir, ofisin qapısını bağlasaq da, noutbuklarımız həmişə bizimlə olur. Biz də fürsətdən istifadə edib, oxucularımızı Qurban Bayramı münasibəti ilə təbrik edirik”.
Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli: “Qurban Bayramı günlərində Azxeber.com xəbər portalı öz iş rejimini davam etdirəcək. Sadəcə, saytdakı xəbərin sıxlığı və vaxt intervalı adi günlərdən az da olsa, fərqlənəcək. Amma istənilən halda çalışacağıq ki, oxucularımız bayram günlərində də xəbərsiz və məlumatsız qalmasınlar. Fürsətdən istifadə edib, bütün müsəlmanları bayram münasibətilə təbrik edirəm”.
Qaynar.info saytının baş redaktoru Şəmşad Ağa: “Hər il olduğu kimi, bayramı qeyd edəcəyik. Amma iş məsələsinə gəlincə, belə razılaşmışıq ki, növbəli sistemlə işləyək. Çünki internet medianın öz tələbləri var”.
Medianews.az saytının redaktoru Turan Oruc: “Bizim iş rejimimizdə heç bir dəyişiklik olmayacaq. Bütün kollektivimizlə öz işimizə davam edəcəyik. Oxucularımıza xəbər çatdırmaqda davam edəcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? - VİDEO
22:36 03.04.2026
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? - VİDEO
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
22:26 03.04.2026
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Prospektdən bu küçəyə gedən yol bağlıdır - Sürücülərin nəzərinə!
22:23 03.04.2026
Prospektdən bu küçəyə gedən yol bağlıdır - Sürücülərin nəzərinə!