Fanat.az xəbər verir ki, bu sözləri "Brügge" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi problemlərdən gileylənib: "Təəssüf ki, bir sıra problemlərlə üzləşdik. Öncə Rəşad Sadiqovla bağlı problem yarandı. Daha sonra Vüqar Nadirov erkən zədə ilə üzləşdi. Onu elə ilk dəqiqələrdən əvəzləməli olduq".
Məğlubiyyətə baxmayaraq Qurbanov futbolçulardan razı qalıb: "Hesab arasında fərqi azaldıqdan sonra ikinci qol haqda düşünürdük. Lakin alınmadı. Deməzdim ki, komanda yorulmuşdu. Düzdü, bəzi futbolçular yorulmuşdu, ancaq hamısı yox. Onlar sonadək mübarizə apardı. Böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularımdan razıyam. Bakıda maraqlı futbol izləyə biləcəksiz".