Qurban Qurbanov mətbuat konfransında AFFA-nı ifşa etdi

Qurban Qurbanov mətbuat konfransında AFFA-nı ifşa etdi
Bütün Xəbərlər
15:14 31.07.2014
2069
"Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində “Zalsburq”a qarşı oyundan sonra maraqlı fikirlər səsləndirib.
AZXEBER.COM-un məlumatına görə, mətbuat konfransında jurnalist Natiq Muxtarlı baş məşqçiyə AFFA-yla bağlı sual ünvanlandırıb. 
Sual belə olub: "Çempionlar Liqasında oynamaq üçün Qurban Qurbanovun ikinci Reynaldoya, Almeydaya ehtiyacı var. Amma AFFA-nın daxili çempionatda 6 legioner qərarı bu planı dəyişməyə məcbur edir. Yəni ikinci Ameydanı, Reynaldonu boşuna ehtiyatda oturtmağa dəyməz. Yəni mənim fikrimlə razısınız ki, AFFA-nın bu qərarı ilə ÇL-də uğur qazanmaq mümkün olmayacaq və etiraf edirsinizmi ki, AFFA-nın bu sxemi komandaların oyununu məhv etmək üçündür?"
Baş məşqçinin bu suala cavabı isə çox lakonik olub: "Natiq, mən sənə heç vaxt etiraz etməmişəm və indi də etmirəm"
AZXEBER.COM 
OXŞAR XƏBƏRLƏR