Qurban Qurbanov milliyə gəlməkdən imtina etdi

Qurban Qurbanov milliyə gəlməkdən imtina etdi
İDMAN
12:12 21.10.2013
1425

Ağdamın “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin sükanı arxasına keçməkdən imtina edib. Lent.az-ın əldə etdiyi məlumata görə, 41 yaşlı mütəxəssis yaxın ətrafına hazırkı iş yerinin onu tam qane etdiyini bildirib.

Qurbanov “Qarabağ” rəhbərliyinin etimadı və yaratdığı şərait qarşılığında klubdan ayrılmağa razı olmayıb. AFFA rəhbərliyi onun millidə işləməyə razı olub-olmadığını müəyyən şəxslərin vasitəsilə öyrənmək istəyib. Bu zaman gənc mütəxəssis “İşləyirəm də elə “Qarabağ”da”cavabını verib.

Baş məşqçi Lent.az-a açıqlamasında Ağdam klubunda çalışmaqda qərarlı olduğunu təsdiqləyib: “Bu gün “Qarabağ”dayamsa, elə fikrim də “Qarabağ”da olmalıdır. Bu komandanın uğurları, nəticələri, düşündüyümüz kollektivi qurmaq üçün çalışmalıyıq. Hələ mənim tərəfimdən belə bir fikir, ideya, başqa bir şey yoxdur. Fikrim yalnız “Qarabağ”ladır”.

Bununla yanaşı, Qurbanov ona millimizin baş məşqçi postunun təklif olunmadığını da bəyan edib. Onun fikrincə, təklif yoxdursa, bu məsələyə dair hansısa fikri bildirmək düzgün olmaz: “Ona görə də hazırda yalnız “Qarabağ”da çalışmaq daha yaxşı olar”.

Bu yaxınlarda AFFA İcraiyyə Komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov Lent.az-a açıqlamasında Qurbanovun eyni vaxtda həm klubda, həm də millidə işləməsinin mümkünlüyünə dair fikir səsləndirib. Lakin gənc mütəxəssis bu varianta münasibət bildirmək istəməyib: “Yenə deyirəm: Təklif yoxdursa, o barədə fikir bildirməyimiz düzgün olmaz”.

“Hələ ki klubda işləməyə üstünlük verirsiniz?” sualına isə Qurbanov “Burdayam” cavabını verib.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ilin avqustunda “Qarabağ”a baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Ağdam komandası 2009-cu ildə Azərbaycan Kubokunun qalibi, 2012-2013-cü il mövsümündə Azərbaycan Premyer Liqasının gümüş, 2009-2010 və 2010-2011-ci il mövsümlərində bürünc medalını qazanıb. Bununla yanaşı, “Qarabağ” Avropa Liqasında 2009-2010, 2010-2011 və 2013-2014-cü il mövsümlərində “pley-off” mərhələsinədək irəliləyib. Milli komandamıza 2008-ci ilin aprelindən başçılıq edən Berti Foqtsun hazırkı müqaviləsi isə bu ilin sonunda başa çatır. Onunla yeni müqavilə məsələsinə dair qərarı AFFA İcraiyyə Komitəsi verəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik