Qurban Qurbanov: "Səfərə çox böyük inamla gedirik"

Qurban Qurbanov: "Səfərə çox böyük inamla gedirik"
İDMAN
10:30 08.08.2022
375
"Səfərə çox böyük inamla və çəkinmədən gedirik".

AZXEBER.COM Report-a istinadla məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ferentsvaroş"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis son dəqiqəyədək yaxşı oyun üçün mabarizə aparmağa çalışacaqlarını bildirib: "Oyunla bağlı çox düşünüləsi bir şey yoxdur. Bilirik ki, hər şey səfərdə həll olunmalıdır. Vaxtımız az olsa da, matça hazırlığımız pis getməyib. Futbolçularıma inanıram. Çox yaxşı mübarizə oyun göstərmək niyyətindəyik".

Qurbanov rəqibin həm hücum, həm də müdafiə potensialının yaxşı olduğunu vurğulayıb: "Hər mövqedə bacarıqlı oyunçuları var. Onları daha yaxından tanıdığımız üçün rahatıq. Bu bizə bir az rahatlıq verə bilər. Amma matçın gedişində gərgin oyun alına bilər. Biz Bakıdakı görüşdə də bir-birimizə oynamaq üçün imkan vermirdik. Düşünürəm ki, Macarıstanda çox hərəkətli qarşılaşma baş tutacaq".

Təcrübəli baş məşqçi hələlik yarımmüdafiə xəttində kimin oynayacağına tam qərar vermədiyini söyləyib: "Oyunçuların sabahkı durumlarına da baxacağıq. Bu gün axşam orada yünghül məşqimiz olacaq. Oyunadək qərar verəcəyik. Futbolçuların hazırlığına sabah da diqqət yetirəcəyik".

Mütəxəssis penaltilərə xüsusi vaxt ayırmadıqlarını diqqətə çatdırıb: "Amma il boyu bunun üçün hazırlıq gedir. Futbolçular bəzi məşqlərdən sonra penaltilər vururlar. İstəyirik ki, 90 dəqiqədə hər şey həll olunsun".

Qurbanov hər mövqedə etibarlı çıxış etmək istədiklərini deyib: "Hər bir komandanın müdafiəsində açıq zonalar olur. Biz daim buna diqqət yetiririk və boşluqları aradan qaldırmağa çalışırıq. Sabah mütləq yaxşı mübarizə aparmalıyıq. Son saniyələrək bunu bacarmalıyıq. Rəqib azarkeşlərinin önündə oynadığı üçün bir az üstünlüyə malik ola bilər".

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb