Qurban Qurbanov: "Sürixə müdafiə olunmağa gəlməmişik"

Qurban Qurbanov: "Sürixə müdafiə olunmağa gəlməmişik"
İDMAN
22:08 26.07.2022
534
"Çox vacib və maraqlı oyuna hazırlaşırıq. Fərqli oyun göstərən komandaya qarşı oynayacağıq. Bu görüşə hazırlaşmaq üçün xeyli vaxtımız oldu. Amma bilirik ki, rəqib də bu matça ciddi hazırlaşıb. Çempionat oyunlarında bəzi əsas futbolçulara istirahət verilməsi də bunu deməyə əsas verir".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə "Sürix"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, matçın gedişində komandası hər hansı sürprizlə qarşılaşa bilər: "Meydanda hər şeyə hazır olmalı, yaxşı nəticə qazanmaq üçün həddindən artıq güc sərf etməliyik. Demək olar ki, buna hazırıq".

O, ötənilki kollektivlə indiki komandanı müqayisə edib: "Açığı, elə bir fərq yoxdur. Sadəcə, rəqiblər fərqlidir. Biz hər komandaya qarşı düzgün və diqqətli oynamağa çalışırıq. Sadəcə, bu dəfə ilk iki mərhələlərdə daha ciddi rəqiblərlə düşdük. Digər tərəfdən, ötən mövsüm Konfrans Liqasında mübarizə aparırdıq. İki turnir arasında səviyyə tam başqadır. Ona görə də ÇL-də daha çox məsuliyyət tələb olunur. Burada səhvlər bağışlanmır".

Təcrübəli baş məşqçi heyətlə bağlı çox dəyişiklik etməyi xoşlamadığını vurğulayıb: "Güvəndiyim oyunçular var. İstənilən an hər bir futbolçunu düşünmədən əsas heyətdə oynada bilərəm. Həm də bəzi matçlar fərqli olur. Bəzən rotasiyalar edirsən. Sabah da xırda dəyişikliklər mümkündür".

Qurbanovun sözlərinə görə, bunlar elə matçlardır ki, gedişatda əlavə vaxta və ya penaltilər seriyasına hazır olmaq lazımdır: "Bir qədər əvvəl rəqib futbolçunun müsahibəsini oxudum. Deyib ki, bu görüş finala bərabərdir. Həqiqətən hər şeyə hazır olmalyıq. Oyunun gedişatına uyğun qərarlar verməyə çalışmalıyıq. Çünki "Sürix" də ciddi rəqibdir. Amma çox istərdik ki, matçın taleyi ilk hissədə həll olunsun".

Mütəxəssis ilk görüşdə olduğu kimi, cavab matçında da tərəflərin açıq oyuna üstünlük verə biləcəyini istisna etməyib: "Hər iki komandanın oyun üslubu bunu deməyə əsas verir. Biz buraya müdafiə olunmağa gəlməmişik. Rəqib də hücuma keçməlidir. Çox istərdik ki, azarkeşlər üçün da maraqlı qarşılaşma olsun. Rəqib çox məcbur etmədikcə müdafiədə oturmaq fikrimiz yoxdur. Qapalı oyun olacağını düşünmürəm".

Qeyd edək ki, iyulun 27-də oynanılacaq "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 3:2 hesablı qələbə qazanıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhid anası vəfat etdi
23:29 06.10.2026
Şəhid anası vəfat etdi
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
23:28 06.10.2026
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
23:20 06.10.2026
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
23:07 06.10.2026
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO