AZXEBER.COM sportinfo.az-a istinadən bildirir ki, adı «Beşiktaş» da daxil, Türkiyə, Rusiya və Avropadan bir neçə klubla yanaşı hallanan baş məşqçi karyerası ilə bağlı növbəti mühüm qərarı verib.
2008-ci ildən «köhlən atlar»ı çalışdıran təcrübəli mütəxəssis 2029-cu ilədək qüvvədə olan müqaviləni imzalayıb. Yeni kontrakta əsasən, «Qarabağ» Qurbanovun əməkhaqqısını artırıb.
Azərbaycanın ən güclü məşqçisi ötən illər ərzində «Qarabağ»a saysız-hesabsız uğurlar qazandırıb. Komandanı 13 dəfə ölkə çempionu edib, 6 dəfə kuboku başı üzərinə qaldırıb.











































