Qurban Qurbanovdan transfer açıqlamaları

Qurban Qurbanovdan transfer açıqlamaları
İDMAN
00:30 23.05.2026
689
Misli Premyer Liqasının son turunda "Qarabağ” "Sumqayıt”ı 4:3 hesabı ilə məğlub edib.

AZXEBER.COM sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Hər iki komandanın oyunçuları yaxşı oyun göstərdilər. Bütün komandalara təşəkkür etmək istəyirəm. Maraqlı çempionat oldu. Öz azarkeşlərimizə də minnətdarlığımızı bildirirəm. Bizim işimiz hələ davam edir. Transfer dönəmi və növbəti mövsüm üçün hazırlıqlarımız olacaq. 2-ci pillədə olmağımıza baxmayaraq yaxşı bir mövsüm keçirdik. Bu da bizim üçün təcrübə idi”.

– Komandada gedəcək və yeni gələcək futbolçular barədə…?

– Yaxın günlərdə daha doğru cavab vermək olacaq. İşlər gedir. Xəbərlərimiz olacaq. Rəsmi saytımızda bununla bağlı məlumatlar olacaq.

– Zakaria Savonun transferi və Elvin Cəfərquliyevlə Ramil Şeydayevin komandadan gedəcəyi ilə bağlı məsələ ilə bağlı son məlumat necədir?

– Elvinlə bağlı hamıya danışığa açığıq. Bizimlə müqaviləsi var. Başqa komanda ilə razılığa gəlinməsə, komandadakı durumu ilə bağlı sonra qərar verəcəyik. Ramil barədə də yaxın günlərdə qərar qəbul edəcəyik. Zakaria transferi barədə isə demək olar ki, müsbət irəliləyiş var. Həllolma mərhələsindədir.

– Mövsümə nəzər yetirəndə, sizə qarşı haqsızlıq olduğunu düşünürsünüzmü?

– Haqsızlıq barədə danışmaq istəmirəm. Hakimlik barədə deyirsinizsə, onu deyə bilərəm ki, hakimlər üçün ağır bir mövsüm oldu. Onların da yaxşı bir istirahətə ehtiyacı var. Ümumi götürsək, "Qarabağ” üçün uğurlu bir mövsüm keçdi. Çempionlar Liqasında irəliləyişimiz və pley-off mərhələsində oynamağımız Azərbaycan futbolu üçün də bir uğur oldu.

– "Beşiktaş”ın baş məşqçi siyahısında sizin də adınız olduğu bildirilir. Bu barədə düşüncələriniz necədir?

– Adımız belə bir klubla çəkilirsə, ancaq təşəkkür etmək olar. Mənim "Qarabağ”la müqaviləm var.

– Bu mövsümü son illərin ən maraqlı çempionatı kimi qələmə verənlər var. Siz necə düşünürsünüz?

– Razılaşmaq olar bu fikirlə. Mövqe dəyişikləri oldu. Rəqabət güclü idi.

– Avropa Liqasında konkret bir hədəf varmı?

– Demək olar ki, Avropa Liqası Çempionlar Liqasının kiçik qardaşıdır. Bu liqaya da ciddi hazırlaşacağıq. Bacardığımız maksimum nəticəyə imza atmağa çalışacağıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?