Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq

Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
İDMAN
11:04 04.08.2026
232
"Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

AZXEBER.COM "Qafqazinfo”ya istinadla xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.

Qarşılaşmadan bir gün əvvəl - avqustun 5-də keçiriləcək konfrans saat 11:45-də başlayacaq. Tədbir  "Azersun Arena”da təşkil olunacaq.

Qeyd edək ki, "Dinamo” - "Qarabağ” oyunu avqustun 6-da Polşanın Lubin şəhərindəki "Lubin Arena”da baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR