Qurbanda heyvan satışı və kəsimi məntəqələri müayinə olunacaq
Bütün Xəbərlər
08:16 09.10.2012
959
Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə bağlı respublikanın rayonlarında və Bakı şəhərində heyvan gətirilməsi və satışı ilə əlaqədar araşdırmalar aparacaq.Bu barədə APA-ya DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, Qurban bayramı ilə bağlı baytarlıq mütəxəssisləri heyvan satışı və kəsimi məntəqələrində müayinələr aparacaqlar, baytarlıq-sanitariya tələblərinə əməl olunması qaydalarını yoxlayacaqlar: “Heyvan satışı məntəqələri müəyyənləşəndən sonra baytar həkimləri o yerlərə təhkim olunacaqlar. Həmin ərazilərə baytarlıq xidmətinin nəzarəti həyata keçiriləcək. Əhali əmin olmalıdır ki, aldığı heyvan sağlam, ət keyfiyyətlidir”.