Qurbanınız dəvə olsun!

Qurbanınız dəvə olsun!
Bütün Xəbərlər
01:52 07.11.2011
1692
İslam şəriətinə görə, dəvə də qurban kəsilmək üçün buyurulan heyvanlardan sayılır. Bu nəhəng heyvan ölkəmizdə az olduğuna görə, vətəndaşlarımız əsasən qoyun və inək qurban kəsir. Amma Şabranın Udulu kəndindəki dəvəçilik təsərrüfatında olarkən öyrəndik ki, qurbanlıq dəvə almaq üçün müraciət edənlər var. Dəvəçi Təhmiraz Əliyevin dediyinə görə, kəsəndə bir dəvənin təxminən 300 kq əti çıxır. İslam qaydalarına görə, imkan olduğu halda, qoyun və keçini şərikli qurban kəsmək olmaz. Amma inək və dəvə qurbanlarında 7 nəfərə qədər adam şərik ola bilər. Dəvə saxlayan sahibkar bu heyvanın diri çəkidə qiymətinin 1700 - 2000 min manat arasında olduğunu bildirir. Digər heyvanlarda olduğu kimi qurbanlıq dəvənin də başına bıçaq vurmaqla kəsilməlidir. Maraqlıdır ki, bu heyvanın qurban kəsiləcəyini əvvəlcədən anladığı deyilir: «Dəvə hiss edir ki, onu qurban kəsəcəklər, özü oturur yerə, ayaqlarını bağlayırsan, digər heyvanlar kimi hissiyyatlı olduğundan onu kəsəndə də üzü qibləyə yatır»,- deyə dəvəçi Təhmiraz Əliyev bildirir. Dini qaydalara və əhalinin inancına görə, Qurban bayramı günündə bir dəvəni qurban kəsmək 7 il qurban kəsməyə bərabərdir. Qurban kəsiləcək dəvə isə xüsusi diqqətlə seçilməlidir: «Dəvənin gərək 5 yaşı olsun. Qüsuru olmamalıdır, sağlam olmalıdır - şikəst olmamalıdır, naqis əzaları ola bilməz»,- deyə din xadimi Yaşar Rzayev bildirir. Həmçinin balası olan və ya boğaz dəvəni qurban kəsmək olmaz. Kəsilən dəvənin əti isə paylara bölünərək ehtiyacı olan insanlara verilməlidir.
OXŞAR XƏBƏRLƏR