Quş qripi ilə bağlı növbəti monitorinq keçiriləcək
Bütün Xəbərlər
15:33 13.11.2012
770
Quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.DBX-nin mətbuat mərkəzindən verilən məlumata görə, noyabrın 19-da köçəri quşların miqrasiyasını nəzərə alaraq ölkə ərazisində növbəti monitorinq başlayacaq. Monitorinq DBX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçiriləcək. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək. Monitorinqin nəticələri bu ilin noyabrın 30-da ictimaiyyətə açıqlanacaq.DBX xatırladır ki, köçəri quşların miqrasiyası və havaların soyuması ilə əlaqədar olaraq ev quşları qapalı şəraitdə saxlanılmalı, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.