Qusarda 26 yaşlı gənc özünü öldürdü

Qusarda 26 yaşlı gənc özünü öldürdü
Bütün Xəbərlər
10:49 10.09.2014
1057

Qusar rayonunda intihar hadisəsi baş verib.

Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Şirvanovka kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Radik İbrahim oğlu Mahmudov yaşadığı evin həyətindəki zoğal ağacından özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.//APA

OXŞAR XƏBƏRLƏR