Qusarda qayınata gəlinini güllələdikdən sonra başını kəsdi

Qusarda qayınata gəlinini güllələdikdən sonra başını kəsdi
Bütün Xəbərlər
21:10 25.07.2015
5012
Faktla bağlı cinayət işi açılıb.
Gəlinini ov tüfəngi ilə güllələyən kişi atəş açıdıqdan sonra onun başını kəsib.
AZXEBER.COM  xəbər verir ki, Qusar rayonunda 77 yaşlı kişinin törətdiyi qətlin təfərrüatları ANS PRESS-ə bəlli olub. Rayon prokurorunu köməkçisi Azad Əliyev bölgə müxbirimizə açıqlamasında, hadisənin 25 iyul gecə saat 3 radələrində törədildiyini bildirib.
1938-ci il təvəllüdlü Avaran kənd sakini Amaxan Nəcərov ailə münaqişəsi zəminində özünə məxsus ov tüfəngi ilə birgə yaşadığı 1977-ci il təvəllüdlü gəlini Sevinc Məmmədovanın sinə nahiyəsinə atəş açır. Güllə yarasından ölmədiyini gördükdə isə, evdən götürdüyü bıçaqla qadının boynunu kəsir. Gəlininin öldüyünə əmin olduqdan sonra əlindəki qanlı bıçaqla Polis Şöbəsinə gələrək könüllü şəkildə təslim olur.
OXŞAR XƏBƏRLƏR