Rəşad Məcid: “Bu evlərdən mənzil şəraiti daha acınacaqlı olan jurnalistlər yararlanmalıdırlar.”

Rəşad Məcid: “Bu evlərdən mənzil şəraiti daha acınacaqlı olan jurnalistlər yararlanmalıdırlar.”
Bütün Xəbərlər
12:11 08.01.2011
2077

 Artıq jurnalistlər üçün inşa olunacaq binaların eskiz layihələndirmə işləri başa çatıb. Düzdür, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tikiləcək mənzillərin hansı meyarlarla bölünəcəyini hələ müəyyənləşdirməsə də, mənzil arzusunda olan jurnalistlərin sayı kifayət qədərdir və onlar bu məqsədlə sənəd qəbulunun elan edilməsini səbirsizliklə gözləyirlər. Bəs, görəsən, hansı qəzet redaksiyaları ev almağa iddialıdır? Bu sual ətrafında ilk həmsöhbətimiz “525”-ci qəzetin baş redaktoru Rəşad Məciddir.

Adıçəkilən qəzetin baş yazarı mənzillərin bölüşdürülməsi məqsədilə elan olunacaq sənəd qəbulunda iştirak edəcəklərini bildirir: "Biz bu məsələdən kənarda dayana bilmərik. Çünki bu proses işimizin tərkib hissəsindən biridir. Əslində mən dəfələrlə öz çıxışlarım zamanı jurnalistlərin mənzil şəraitinin ağır vəziyyətdə olduğu barədə danışmışdım. Hətta mərhum prezident Heydər Əliyevin baş redaktorlarla görüşü zamanı da mən bu məsələni orada qaldırmışdım. Biz uzun illərdir ki, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində hansısa addımın atılmasını gözləyirdik. Bu baxımdan cənab prezident İlham Əliyevin məlum sərancamı bütün jurnalistlər kimi bizi də sevindirdi".

R.Məcid jurnalistlər üçün tikiləcək binada mənzil almaq arzusunda olduğunu desə də, lakin bu məqsədlə Fonda müraciət etməyəcəyini söylədi: "Əslində mənim də mənzil problemim mövcuddur. 3 oğlum var, onların hər birini mənzillə təmin etməliyəm. Amma düşünürəm ki, bu evlərdən mənzil şəraiti daha acınacaqlı olan jurnalistlər yararlanmalıdırlar. Bizim redaksiyada da elə jurnalistlər var ki, onların həqiqətən evə ehtiyacları var. Biz həmin jurnalistlərə mənzil almaq üçün elan olunacaq sənəd qəbulunda iştirak etməyə şərait yaradacağıq".

Baş redaktor söhbət əsnasında həmçinin hazırda jurnalistin aldığı məvaciblə mənzil əldə etməyin qeyri-mümkünlüyünü vurğuladı: "Etiraf etmək lazımdır ki, bu gün jurnalistlərin aldıqları əməkhaqqı çox aşağıdır. Onlar həmin məvaciblə gündəlik təlabatlarını güclə ödəyirlər. Buna görə də dövlət hesabına jurnalistlərin evlə təmin olunması müsbət qiymətləndirilməlidir".

Şəxsi mənzilinin olduğunu etiraf edən R.Məcid həmin evi jurnalistika sahəsindən qazandığı gəlir hesabına əldə etmədiyini də bildirdi: "Açığı həmin evi vaxtılə atam mənə alıb. Yəni, heç vaxt şəxsi qazancım hesabına mənzilə sahib olmamışam".

Xatırladaq ki, jurnalistlər üçün binalar prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamına əsasən tikiləcək. Sərəncama əsasən milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitini yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Jurnalistlər üçün mənzillər Bibiheybət yaşayış massivində tikiləcək.

// Həftə-İçi qəzeti

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
10:10 14.06.2025
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
Tanınmış tarzən vəfat etdi
10:06 14.06.2025
Tanınmış tarzən vəfat etdi
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
10:04 14.06.2025
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
09:59 14.06.2025
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
09:57 14.06.2025
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
09:47 14.06.2025
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
09:46 14.06.2025
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
09:41 14.06.2025
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
09:38 14.06.2025
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
02:47 14.06.2025
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
01:36 14.06.2025
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
00:37 14.06.2025
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
23:54 13.06.2025
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
23:44 13.06.2025
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
23:33 13.06.2025
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
İran ordusuna yeni baş komandan təyin edildi
23:29 13.06.2025
İran ordusuna yeni baş komandan təyin edildi