"Türkiyə və Azərbaycan arasında qardaşlıq əbədidir", - Baş nazir deyib.
Ərdoğan bu gün Qars şəhərində Heydər Əliyev adına sənaye peşə liseyinin təməlqoyma mərasimində də iştirak edib.
Baş nazir çıxışında Azərbaycan xalqına Türkiyədə sənaye peşə liseyinin açılmasına görə təşşükürünü bildirib.
Mayın əvvəlində Türkiyənin İğdır şəhərində Heydər Əliyev adına liseyin rəsmi açılış mərasimi olub. Bu tədbirdə də Baş nazir Rəcəb Tayyib Ərdoğan iştirak edib.