Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan etdi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan etdi
Bütün Xəbərlər
11:46 03.07.2013
1555

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "İKT ili" çərçivəsində “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə müsabiqəsi elan edir.

Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və maraqlı olan digər şəxslər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyən şəxs “www.e-gov.az” portalında qeydiyyatdan keçməli və məqalələri göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat tarixi 28 avqust 2013-cü il tarixinədəkdir.

Müsabiqə 2 mərhələdə keçiriləcək. Birinci mərhələ 2013-cü il 15 iyul-31 avqust, ikinci mərhələ 01-20 sentyabr tarixlərini əhatə edəcək. Birinci mərhələdə iştirakçılar məqaləsini hər hansı bir qəzet, jurnal və ya elektron KİV-də dərc etdirməli, dərc olunmuş qəzet, jurnal səhifəsinin skan edilmiş surəti və ya məqalənin internet ünvanını Təşkilat Komitəsinə göndərməlidir. Məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı tarixə uyğun olmalıdır.

Birinci mərhələnin nəticələrinə əsasən Təşkilat Komitəsi tərəfindən qiymətləndirilmiş 10 nəfər ikinci mərhələyə keçəcəkdir. Bu mərhələdə onlar Təşkilat Komitəsi tərəfindən müəyyən ediləcək mövzular üzrə məqalələr hazırlayıb dərc etdirməlidirlər.

İştirakçı tərəfindən müsabiqəyə təqdim edilən məqalə sayına məhdudiyyət qoyulmur və qeydiyyat dayandırılana qədər iştirakçı məqaləsindən imtina edib yeni məqalə ilə çıxış edə bilər.

Hər bir məqalədə “Elektron hökumət” portalının ünvanının (www.e-gov.az) göstərilməsi əsas şərtlərdəndir. Dərc olunmuş məqalənin elektron variantı “Elektron hökumət” portalının “Facebook” və “Twitter” səhifəsində açıq müzakirəyə yerləşdirilməsi üçün təqdim olunmalıdır. Qeyd olunan şərtlərə uyğun olmayan məqalələr Təşkilat Komitəsi tərəfindən baxılmayacaqdır.

Təşkilat Komitəsi qiymətləndirmə zamanı məqaləyə sosial şəbəkələrdən daxil olmuş rəyləri, iştirakçının “Elektron hökumət” portalından istifadə fəallığını, portalın analiz olunmasında “Elektron hökumət” bülletenlərinə istinadları və təcrübi digər faktları nəzərə alacaqdır. Qiymətləndirmənin nəticələri “Elektron hökumət” portalında dərc olunacaq.

2013-cü ilin sentyabr ayında müsabiqənin yekunlarına həsr olunmuş təqdimat mərasimi keçiriləcək, qaliblər mükafatlandırılacaq və ən yaxşı məqalələr “Elektron hökumət” portalında (www.e-gov.az) elan olunacaqdır.

Müsabiqənin mükafat fondu:

“Qran Pri” - 3000 manat

1-ci yer - 2500 manat

2-ci yer - 1500 manat

3-cü yer - 1000 manat

4-10-cu yerlər – noutbuklar

İştirakçıların hər birinə e-imza vəsiqəsi, kart oxuyucusu, 6 aylıq “Azdatakom” internet xidməti (2 Mb/s) hədiyyə ediləcək.

Müsabiqə üçün yazılmış məqalələr bu ünvana göndərilməlidir.

[email protected]/* */

Müsabiqə haqda daha geniş məlumatları “www.e-gov.az” “Elektron hökumət” portalından, eləcə də RİTN-in Mətbuat xidmətindən əldə etmək olar. Əlaqə telefonları: 157 (dax.4), 5984271

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib