Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirildi
Bütün Xəbərlər
16:13 01.11.2012
868
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışıb.Əli Abbasov ölkə başçısının sərəncam və fərmanlarının, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya texnologiyalarının inkişafı üçün geniş imkanlar yaratdığını bildirib, İKT sahəsində uğurla həyata keçirilən islahatlar, gələcək böyük layihələr və perspektivlərdən söz açıb. Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən rabitə və informasiya texnologiyaları naziri sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, yola saldığımız 2012-ci ilin III rübündə bu sahədə müsbət nəticələr əldə olunduğunu söyləyib.Kollegiya iclasında cari ilin III rübü ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Kollegiya iclasında cari ilin 9 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Çıxış edən məruzəçi bildirib ki, hesabat dövründə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 18,2% artaraq 1 milyard 68,3 milyon manat təşkil edib. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 17,8%, o cümlədən telekommunikasiya sektorunda 19,2%, İT sektorunda 3,8%, poçt sektorunda 14,2, informasiya sektorunda isə 42,3% təşkil edib. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd, kompüterlərin sayı 20 ədəd, internet istifadəçilərinin sayı 65, genişzolaqlı internet istifadəçilərinin sayı 30-dan artıqdır, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO