Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “ASAN ödəniş” sisteminə qoşulub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “ASAN ödəniş” sisteminə qoşulub
Bütün Xəbərlər
13:20 03.09.2015
1182

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tətbiq etdiyi inzibati cərimələr “ASAN ödəniş” sistemi vasitəsi ilə ödəniləcək.

Nazirlikdən  verilən məlumata görə, “Azərbaycan Respublikasının   Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiqi haqqında Qaydalar”da dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, nazirlik inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürəcək.

Bununla yanaşı, digər dəyişiklik nəticəsində inzibati cərimənin şamil olunmadığı şəxslərin sırası genişləndirilib. Belə ki, indiyə qədər  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli vəzifəli şəxsləri nazirlik tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə təkcə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara inzibati cərimə tətbiq edə bilməzlər.

Dəyişikliyə görə, inzibati cərimə tətbiq edilə bilməyən şəxslərin sırasına hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları da daxil edilib. (apa)

OXŞAR XƏBƏRLƏR