Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR

Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
İQTİSADİYYAT
16:47 04.11.2026
220
Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətini davam etdirir.

AZXEBER.COM xəbər verir ki, bu çərçivədə 30 oktyabr 2026-cı il tarixində Xankəndi Konqres Mərkəzində Rabitəbankın Xankəndi filialının fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə "Aktiv maliyyələşdirmə və güzəştli maliyyə resurslarına çıxış” mövzusunda tədbir keçirilib.

Dövlət qurumlarının nümayəndələrinin, biznes ictimaiyyətinin təmsilçilərinin, sahibkarların, media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin əsas məqsədi regionda fəaliyyət göstərən sahibkarların maliyyə savadlılığının artırılması, mövcud maliyyələşdirmə mexanizmləri və güzəştli maliyyə resurslarından yararlanma imkanları barədə məlumatlandırılması, eləcə də yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Tədbirdə çıxış edən Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov "Təchizat zəncirində maliyyə dayanıqlılığı” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı təchizat zəncirinin iştirakçıları arasında dayanıqlı maliyyə əlaqələrinin qurulmasının əhəmiyyəti, biznesin fasiləsiz fəaliyyətinin təmin edilməsində maliyyə institutlarının rolu və sahibkarlıq subyektlərinin maliyyə dayanıqlılığının gücləndirilməsi məsələlərinə toxunulub. Həmçinin Qarabağda formalaşan yeni iqtisadi imkanlar fonunda biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinin regionun iqtisadi inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Daha sonra Rabitəbankın Mikrokreditlər üzrə Baş direktoru Zamiq Mədətov "Sahibkarların maliyyə resurslarına çıxışı və güzəştli maliyyələşmə” mövzusunda çıxış edib. Təqdimat çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanları, güzəştli maliyyə mexanizmlərindən istifadə yolları, biznesin inkişafına yönəlmiş kredit məhsulları və sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması istiqamətində mövcud imkanlar barədə məlumat verilib.

İnteraktiv müzakirələrlə davam edən tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, maliyyələşmə ehtiyacları və yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdən sonra Rabitəbank heyəti 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanın tarixi qələbəsinin rəmzlərindən biri olan Zəfər Tağını ziyarət edib.

Səfər çərçivəsində həmçinin Rabitəbankın Xankəndi filialının fəaliyyətə başlamasının birinci ildönümü qeyd olunub. Bu münasibətlə filialda Bankın rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə yubiley tortu kəsilib.

Qeyd edək ki, Rabitəbankın Xankəndi filialı regionda müasir bank xidmətlərinin əlçatanlığının artırılması, əhalinin və sahibkarların maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi məqsədilə fəaliyyət göstərir. Filialın fəaliyyətə başlaması Bankın Qarabağın iqtisadi dirçəlişinə, sahibkarlığın inkişafına və regionun maliyyə infrastrukturunun gücləndirilməsinə dəstək istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən biridir.

Məlumat üçün bildirək ki, "Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda "Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, "Rabita Mobile”, "Rabita Junior” və "Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?