'Radikal müxalifət üçün isə milli maraq və milli mənafe anlayışı arxa plandadır'

Bütün Xəbərlər
14:25 23.08.2012
1658
“Biz növbəti seçkilərdə xalqın bir daha cənab İlham Əliyevə böyük dəstək verəcəyini tam əminliklə söyləyə bilərik”
“2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar indidən müəyyən müzakirələrin aparılması normal prosesdir. Yeni Azərbaycan Partiyası seçki ilə əlaqədar mövqeyini dəfələrlə açıqlayıb. 2013-cü il seçkilərində YAP-ın namizədi partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevdir. Cənab İlham Əliyevin seçkilərdə qələbəsi üçün partiyamız lazımi səviyyədə fəaliyyət göstərir və bundan sonra da göstərəcək. Biz növbəti seçkilərdə xalqın bir daha cənab İlham Əliyevə böyük dəstək verəcəyini tam əminliklə söyləyə bilərik”. AZXEBER.COM xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində Partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O bildirib ki, hələ seçkilərə xeyli qalmış müxalifət düşərgəsində çoxlu «proqnozlar» verilir. Hətta YAP-ın əvəzindən də düşünənlər tapılıb: “Elə bil ki, müxalifətin bəzi nümayəndələri siyasətçidən daha çox öncəgörənlik etmək istəyirlər. Buyursunlar, fikirlərini söyləsinlər. Amma başqasının əvəzinə düşünmək, yumşaq desək, o qədər də düzgün deyil. Müxalifətin gələcək seçkilərdə hansı namizədlə, hansı platforma ilə çıxış edəcəyi bizi narahat etmir. Bütün hallarda onlar bizim rəqibimizdir və rəqiblərimizlə də siyasi etika və qanun çərçivəsində mübarizə aparacağıq. Onları da bu cür mübarizə aparmağa dəvət edirik. YAP güclü partiyadır və partiyamızın lideri xalqın sevdiyi, inandığı liderdir. Eyni zamanda partiyamızın Sədri ölkəmizi irəliyə aparmağa qadir və qətiyyətli liderdir. Bu amillər də partiyamızın növbəti seçkilərdəki uğuruna çox ciddi və müsbət təsir göstərəcək”.M. Qurbanlı deyib ki, təəssüf doğuran məsələ odur ki, müxalifətin radikal qanadı və onların himayəsində olan mətbuat orqanları ölkədə baş verən hadisələrlə əlaqədar həmişə çalışırlar ki, bədbin fikirlər ortaya qoysunlar: “Bilirsiniz, rəqiblər bir birilərinə qarşı mübarizədə hansısa üsullardan istifadə edə bilər. Lakin bu rəqabət milli maraqlara ziyan vurmamalıdır. Radikal müxalifət üçün isə milli maraq və milli mənafe anlayışı arxa plandadır. XXX London Yay Olimpiya Oyunlarının ilk günlərində idmançılarımızın yaxşı nəticələr göstərməməsi ilə əlaqədar bu düşərgənin apardığı kampaniya, dövlətimizin idmanın inkişafı üçün etdiklərinə kölgə salmaq cəhdləri buna sübutdur. Bundan əvvəl isə «Eurovision 2012» mahnı müsabiqəsində radikal müxalifətin tutduğu mövqeni xatırlaya bilərik. Bəziləri bu mövqe ilə özlərinə bəraət qazanmaq istəyir, bəzi müxalifətçilər isə açıq aşkar Azərbaycanın indiki hakimiyyətinin idarəçiliyi dövründə müəyyən xoşagəlməz hadisələrə sevindiyini bəyan edir. Sanki onlar ölkəmizin ziyanına olan hansısa hadisəyə sevinməkdən həzz alırlar. Bütün bunlar milli mənafeyə, azərbaycançılığa uyğun deyil. Müxalifət siyasi müstəvidə açıq mübarizə aparmağa qadir olmadığını dəfələrlə göstərib və bu gün də göstərməkdədir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
08:51 15.08.2025
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:38 15.08.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı