Rafael Dadaşovla vida mərasimi olmayacaq

MƏDƏNİYYƏT
13:41 17.03.2020
6524
Bu gün Xalq artisti Rafael Dadaşov torpağa tapşırılacaq. 

AZXEBER.COM xəbər verir ki, mərhum aktyorla vida mərasimi koronavirusla bağlı mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən keçirilməyəcək. 

Bu səbəbdən kiçik mərasim teatr və film ulduzunun Səbail rayonundakı evində təşkil olunub. Yasda tanınmış kino-teatr xadimləri, aktyor və aktrisalar, rəsmi şəxslər iştirak edib. 

Rafael Dadaşov II Fəxri xiyabanda torpağa tapşırılacaq.

OXŞAR XƏBƏRLƏR