Müalicə olunduğu Klinik Tibbi Mərkəzdə ötən gün dünyasını dəyişən tanınmış yazıçı Rafiq Tağı dəfn olunub.Yazıçı bu gün “Qurd Qapısı” deyilən ərazidəki qəbiristanlıqda torpağa tapşırılıb. Qeyd edək ki, Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub.