Rafiq Tağının qətli prezidentin xüsusi nəzarətindədir - BƏYANAT

Rafiq Tağının qətli prezidentin xüsusi nəzarətindədir - BƏYANAT
Bütün Xəbərlər
17:53 26.11.2011
1636
DİN və Baş Prokurorluğun birgə məlumatı yayıldı
Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Rafiq Tağının qətli ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, məlumatda bildirilir ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1 - qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq polis və prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilən tədbirlərin gedişini ciddi nəzarətdə saxlayan Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən Rafiq Tağıyevə yetirilmiş həyatı üçün təhlükəli olan bədən xəsarətlərinin xarakteri və onların ağırlıq dərəcəsi ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi nəzərə alınaraq törədilmiş əməl Cinayət Məcəlləsinin 29,120.1 - qəsdən adam öldürməyə cəhd maddəsinə tövsif olunub və cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verilib.2011-ci il noyabrın 23-də Rafiq Tağıyev xəstəxanada öldüyündən işin istintaqı Cinayət Məcəlləsinin 120.1- qəsdən adam öldürmə maddəsinə tövsif olunaraq davam etdirilir. Noyabrın 26-da baş prokuror və daxili işlər naziri istntaq-əməliyyat qrupunun hesabatını dinlənib, cinayətin bütün iştirakçılarının qısa müddətdə tutulub məsuliyyətə cəlb olunması üçün zəruri olan əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri müəyyən edilib, konkret tapşırıq və tövsiyələr verilib. İctimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nəzarətindədir.
OXŞAR XƏBƏRLƏR