‘Rafiq özünü evdə daha yaxşı hiss edir’ - Rafiq Hüseynov

‘Rafiq özünü evdə daha yaxşı hiss edir’ -  Rafiq Hüseynov
Bütün Xəbərlər
14:20 24.12.2013
787
“Mənə elə gəlir, Rafiq özünü evdə daha yaxşı hiss edir, nəinki klinikada. Dünən çox halsız idi, ümumi zəifliyi vardı, bu gün özünü nisbətən yaxşı hiss edir”. 
Bunu APA-ya açıqlamasında tanınmış diktor, xalq artisti Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova deyib.
Onun sözlərinə görə, bir neçə gündən sonra müayinə üçün akademik Əhliman Əmiraslanovla görüşəcəklər: “Türkiyədən gələndən sonra Əhliman müəllimlə görüşə bilməmişik. Rafiq bir az yaxşılaşsın, Əhliman müəllimin müayinəsinə ehtiyacımız olacaq. Rafiq hələlik havaya çıxa bilmir, evdə yavaş-yavaş gəzir. Səsi və ümumi vəziyyəti normallaşan kimi həm də jurnalistlərlə görüşəcək, onların bütün suallarını cavablandıracaq”.
OXŞAR XƏBƏRLƏR