'Rahat' marketlə bağlı yalan məlumat yazan qəzet məhkəməyə veriləcək

MEDİA
19:39 08.01.2013
2004

“ANC” Qrupu “Rahat” marketlə bağlı yalan yazan “Gündəm xəbər” qəzetini məhkəməyə verəcək

Bu fikri Gün.Az-a açıqlamasında “Rahat” marketin də daxil olduğu “ANC” Qrupun baş direktoru və təsisçisi Cəlal Babakişiyev deyib.

Baş direktor açıqlamasında bildirib ki, sözügedən Qrup 2009-cu ildən fəaliyyət göstərir və öz fəaliyyətində hər zaman şəffaflıq, açıqlıq, dürüstlük prinsiplərini rəhbər tutub, işini ölkə qanunvericiliyinə uyğun olaraq tənzimləyib:“Həmin “yazı”da iddia olunur ki, güya biz kimlərisə aldatmışıq, əməkdaşlarımızın maaşlarınıdan 50 faizini tuturuq və sair. Tam məsuliyyətimlə demək istərdim ki, bunlar başdan-ayağa yalandır. Bizim istər əməkdaşlarımızla, istər tərəfdaşlarımızla münasibərlərimiz, əlaqələrimiz çox normaldır. Burada bu günədək hansısa bir problem olmayıb və yoxdur.Eyni zamanda, məlumat üçün onu da deyim ki, yaxın zamanlarda daha iki marketi istifadəyə verməyə hazırlaşırıq - biri ola bilsin bu ay, biri də ola bilsin gələn ay vətəndaşların, alıcıların istifadəsinə verilsin. Yəni, işimizdə, gündəlik fəaliyyətimizdə heç bir problem yoxdur, hər şey əvvəlki qaydasında, tempində davam edir”.Bununla yanaşı,C.Babakişiyevbildirib ki, rəhbəri olduğu Qrup adıçəkilən qəzeti məhkəməyə verməyə hazırlaşır:“Çünki bu cür əsassız, böhtan xarakterli məlumatlar bizim imicimizə, işgüzar nüfuzumuza ziyan vurur. Biz istəmirik ki, bu cür yanlış, yalan məlumatların üzündən tərəfdaşlarımızla münasibətlərimizdə hansısa problem yaransın. Hər halda belə bir problemin yaranmasına hec bir əsas yoxdur.Eyni zamanda, həmin qəzetin yüksək tirajı, cəmiyyətdə nüfuzu, çəkisi olmamasına baxmayaraq, yenə də istəmirik ki, bizim haqqımızda yalan, cəfəng fikirlər yayılsın. Ona görə də həmin qəzetlə münasibətlərimizi qanun, hüquq çərçivəsində və məhkəmə müstəvisində aydınlaşdırmaq istəyirik.

Bir daha təkrar etmək istəyirəm ki, Qrupumuzun adına kölqə salmaq məqsədilə əsassız ittihamlar səsləndirilməsi, onun adının Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovla hər hansı bir formada əlaqələndirilməsi, hallandırılması cəfəngiyyatdan, böhtandan başqa bir şey deyil”.Baş direktor son olaraq bildirib ki, rəhbəri və təsisçisi olduğu Qrupun təsisçiləri arasında heç bir zaman E.Aslanov adlı şəxs olmayıb. Qrup tərəfindən mətbuat və ictimaiyyət üçün geniş açıqlama hazırlanır və yaxın vaxtlarda həmin açıqlama yayılacaq.

OXŞAR XƏBƏRLƏR