Ramaldan duyğusal etiraf: “10 ildən sonra yuxuda onunla çörək yedim”

Ramaldan duyğusal etiraf: “10 ildən sonra yuxuda onunla çörək yedim”
MAQAZİN
11:55 03.06.2026
169
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Ramal sosial şəbəkədə paylaşdığı duyğusal yazı ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, o, uzun illərdir həsrətini çəkdiyi həyat yoldaşını yuxuda gördüyünü bildirib.

"Çox darıxıram gözəl üzlü həyat yoldaşım üçün. Dünən yuxuda görüşdük. Yaşıllıqlarla əhatə olunmuş gözəl bir məkanda birlikdə yemək yeyirdik. Amma o heç danışmırdı. Elə hey mən danışırdım, o isə həmişə olduğu kimi sevgi dolu baxışlarla mənə baxırdı.

Biz orada tək deyildik. Ətrafda çoxlu insanlar vardı, hamısı ailələri ilə birlikdə masalarda əyləşmişdi. Maraqlıdır ki, mən 10 ildən çoxdur çörək yemirəm. Amma həmin gün qızarmış çörək gördüm. Çörəyi almağa getdim, elə həmin an yuxudan ayıldım. Nə qədər çalışsam da, o anageri qayıda bilmədim...”
 
Ramal pylaşımını qısa, lakin təsirli sözlərlə tamamlayıb:

"Yanına gələcəyəm, görüşəcəyik... Sadəcə bir az səbr".
 
Aysel
OXŞAR XƏBƏRLƏR