Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil edildi

GƏNCLİK
16:10 05.08.2013
1524

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil etmişdir. 

AZXEBER.COM-un məlumatına görə, tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Ramiq Vəliyev ilk növbədə bütün qonaqları salamlayaraq, müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib, Azərbaycan dövləti və xalqınının inkişafını və bütövlüyünü təmin edən milli-mənəvi dəyərlərini qorumaq, Heydər Əliyevin dövlətçilik prinsiplərinə qəlbən bağlı, dünyəvi dövlət quruluşunu və demokratiyanın inkişafını müdafiə edən inanclı, müasir və bilikli nəsillər yetişdirmək məqsədilə fəaliyyət göstərən təşkilatın fəaliyyətləri barədə qısa məlumat verib. 

Müasir azərbaycan gəncinin İslam dünyasında baş verən problemlərin əsas səbəbi olan dinsizlik və xurafatla fikri mübarizə aparmalı olduğunu vurğulayıb. Daha sonra dövlətimizin birliyi və bütövlüyü, işğal olunmuş torpaqlarımızın azad olunmasi və bütün dünyada baş verən bəlaların bitməsi üçün dua edilib.

TədbirdəDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də digər rəsmi şəxslər, elm ve təhsil işçiləri, iş adamları və mətbuat nümayəndələri iştirak etmişlər.

OXŞAR XƏBƏRLƏR