Ramazan Bayramında bunları etmək olmaz – Ən vacib qaydalar

Ramazan Bayramında bunları etmək olmaz – Ən vacib qaydalar
MARAQLI
13:22 30.03.2025
419
Ramazan Bayramı müsəlman dünyasında birlik, paylaşma və sevincin simvoludur. Lakin bu müqəddəs gündə bəzi qaydalara əməl etmək vacibdir. Bəs bayramda hansı hərəkətlərdən çəkinmək lazımdır?

Sözügedən qaydaları təqdim edirik:

1. Bayramın ilk günü oruc tutmaq olmaz

Ramazan Bayramının ilk günü oruc tutmaq qadağandır. Çünki bu gün, Allahın müsəlmanlara bəxş etdiyi nemətlərdən faydalanma və bayram sevinci yaşama günüdür.

2. Fitrə zəkatını gecikdirmək günah sayılır

Fitrə sədəqəsi bayram namazından əvvəl verilməlidir. Əgər bu gecikdirilərsə, fitrənin savabı azalır və günah hesab edilir. Bu zəkatın məqsədi kasıbların da bayram sevincini yaşamasını təmin etməkdir.

3. Bayram namazını tərk etmək

Bayram namazı İslamda böyük önəm daşıyan sünnət namazıdır. Müsəlmanlar bu namazı qılmaq üçün məscidlərə toplaşmalı və birlikdə dua etməlidirlər. Ciddi səbəb olmadan bayram namazını tərk etmək doğru deyil.

4. Ailə və qohumları unutmaq

Ramazan Bayramı insanları bir araya gətirən müqəddəs gündür. Xüsusilə də yaşlı qohumları və ehtiyacı olanları unutmaq bayramın ruhuna uyğun deyil. Bu gün ailə bağlarını möhkəmləndirmək və küsülüləri barışdırmaq üçün ideal fürsətdir.

5. İsrafçılıq 

Bayram süfrələri adətən zəngin olur, lakin israfçılıq İslamda bəyənilmir. Artıq yeməklərin israf edilməməsinə və ehtiyacı olan insanlarla paylaşılmasına diqqət etmək lazımdır.

Bu qaydalara əməl edərək, Ramazan Bayramını daha mənalı və savab qazanaraq keçirmək mümkündür.
 
///baku.ws
OXŞAR XƏBƏRLƏR