Artıq Ramazan ayı yaxınlaşır. Ancaq günlər uzun, isti olan yay orucu tutulacaq. Bəs yayda orucu tutarkən nələrə diqqət yetirməliyik?
Artıq iyun ayının 29-u Ramazan ayının birinci günüdür. Bütün müsəlmanlar İslam dininin vacib ayınlərindən olan Ramazan orucuna səhhətləri icazə verdiyi və səfərdə olmadıqları təqdirdə riayət etməlidirlər. Bəs ilk günlərində 17 saatdan da çox çəkəcək yay orucunu tutarkən nələrə diqqət yetirmək lazımdır?
İlk öncə mütəxəssilərin bildirdiyinə görə yay orucunda ağır yeməklər yeyilməməli, çay və qəhvə çox az miqdarda qəbul edilməlidir. İftardan sonra isə yüngül qida qəbul edildikdən sonra mütləq az da olsa gəzintiyə üstünlük verilməlidir.
Gecəsi qısa olan bu yay günlərində oruc tutanlar yatmaqlarına da diqqət yetirməlidirlər. Belə ki, buna fikir veürilməsə yuxu pozuntusu baş verə bilər və orucu tutan adama diskomfort yaşada bilər. Mütəxəssislərin fikrincə yaxşı yatmaq üçün qəhvə, çay və digər kofein tərkibli qidaları çox az qəbul etmək lazımdır. Az sürən gecədən yuxu üçün tam istifadə olunmalı, mümkün qədər iftardan və gəzintidən sonra yatmağa üstünlük verilməlidir. Belə ki, nəzərə alsaq ki, imsakın da vaxtı çox tez olur, yuxu oruc tutarkən ən önəm verilən ünsürlərdən biri olmalıdır.
Bundan əlavə ekspertlər hesab edir ki, gecə yatarkən mobil telefon və s. kimi elektrik əşyalarından uzaq olmaq, yatmazdan öncə elektrik avadanlıqlarının işığını söndürmək sağlam yuxu üçün çox vacibdir. İmkan olsa gündüzləri və ya daha yaxşısı günorta namazına kimi 1-2 saat yatmaq da yaxşı olardı.
Ümumiyyətlə Allah tərəfindən vacib buyrulan Ramazan orucunu tam və bədənə ziyan vermədən, əksinə bunun xeyrini görərək tutmaq insanın öz əlindədir. Bunun üçün kiçik saydığımız belə məsləhətlərə diqqət yetirilsə Ramazan orucunda səngiməmiş olarsız. Belə ki, sağlam və məsuliyyətli şəkildə tutulmayan oruclardan sonra yaranan diskomfort üzündən bir çox insanlar orucunu ya gün boyu, ya da ay boyu tam saxlaya bilmirlər.
///Anspress