Ramil Səfərov idmançılarla görüşdü - FOTOLAR

Ramil Səfərov idmançılarla görüşdü - FOTOLAR
Bütün Xəbərlər
14:46 24.01.2014
2457
Görüşdə Azərbaycan Kikboksing Federasiyasının səlahiyyətli şəxsləri də iştirak edib

Yanvarın 23-də “Cənub” İdman Klubunda Milli Ordunun zabiti Ramil Səfərovla görüş keçirilib.

“Axar.az”ın məlumatına görə, görüşdə Azərbaycan Kikboksing Federasiyasının səlahiyyətli şəxsləri ilə yanaşı, “Cənub” İdman Klubunun rəhbəri Samir Həsənov və gənclərdən ibarət kikboksing üzrə milli komandanın baş məşqçisi Hikmət Hacıyevlə məşqçi Elnur Həmidov da iştirak edib.

Ramil Səfərov hələ Macarıstanda həbsdə olarkən 2011-ci ildə oktyabr ayında onun adına açılan “Cənub” İdman Klubunun Ramil Səfərov adına idman zalının açılışına təşəbbüs göstərən Hikmət Hacıyevə minnətdarlığını bildirib.

OXŞAR XƏBƏRLƏR