Ramil Səfərov üçün başladılan imza kampaniyası başa çatdı
Bütün Xəbərlər
09:30 03.08.2012
1226
Macarıstanda həbsdə olan azərbaycanlı zabit Ramil Səfərovun yenidən mühakiməsi və Azərbaycana ekstradisiya olunması üçün Türkiyənin İğdir şəhərində başladılan imza kampaniyası başa çatdı. Kampaniyanı təşkil edən Əsassız erməni iddiaları ilə mübarizə dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey toplanan 2 500 imzanı poçtla paytaxt Ankarada olan Macarıstan səfirliyinə göndərib. Sədr Gülbey həmçinin Avropa, Rusiya və Azərbaycanda da başlatdıqları imza kampaniyalarının bu gün (dünən) etibarilə başa çatdığını deyib.