Ramil Səfərovdan ilk açıqlama: 'Bu, ədalətin bərpasıdır'

Ramil Səfərovdan ilk açıqlama:
Bütün Xəbərlər
15:36 31.08.2012
4312

"Bu, ədalətin bərpasıdır” Ramil Səfərov ata evindədir. Bir qədər əvvəl Bakıya gətirilən Azərbaycan ordusunun zabiti APA-ya açıqlama verib. Bu olaydan çox şad olduğunu, fikirlərini ifadə etməyə çətinlik çəkdiyini söyləyən R.Səfərov başda Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyev olmaqla hər kəsə təşəkkür edib: “Bu, ədalətin bərpasıdır. Bu, mənim üçün bir az gözlənilməz oldu. İndi ətrafımda həddən artıq çoxlu sayda insan var. Ümidvaram ki, daha sonra suallarınıza ətraflı cavab verə biləcəyəm”. Qeyd edək ki, bu gün Azərbaycanın Macarıstanda həbsdə olan zabiti Ramil Səfərov Bakıya ekstradisiya olunub.

OXŞAR XƏBƏRLƏR