Ramil Səfərovla əlaqə saxlamaq istəyənlərin nəzərinə

Ramil Səfərovla əlaqə saxlamaq istəyənlərin nəzərinə
Bütün Xəbərlər
17:50 20.04.2012
2694
Macarıstanda ömürlük həbs cəzasına məhkum olan Azərbaycan ordusunun zabiti Ramil Səfərovla əlaqə saxlamaq istəyənlərə şad xəbər. AZXEBER.COM-un məlumatına görə, www.ramilsafarov.info saytı yeni bir müsabiqə elan edir
Belə ki, zabitimizin macar dilindən tərcümə etdiyi “Pal küçəsi oğlanları” və ya “Qapı” əsərlərindən birinin tərcüməsi haqqında öz fikirlərinizi, iradlarınızı, təklif və məsləhətlərinizi yazaraq [email protected]/* */ elektron ünvanına göndərə bilərsiniz.Layihə bir ay davam edəcək və sonda toplanılan məktublar Ramil Səfərova özünə göndəriləcək. Saytın təyin etdiyi münsiflər və Ramil Səfərov tərəfindən ən çox bəyənilən və obyektiv hesab edilən üç məktubun müəllifinə Ramil Səfərovun öz imzası ilə tərcüməçisi olduğu kitablardan biri hədiyyə olunacaq.Layihənin şərtləri:• Məktublar bir səhifədən artıq olmamalı;• Məktublarda təhqir, söyüş, etikadan kənar sözlər yazılmamalı;• Mövzudan kənar cümlələr çoxluq təşkil etməməli.Layihənin məqsədi zabitimizin tərcümə etdiyi əsərlərə diqqəti artırmaq, ona dəstək olmaq və “Biz hər zaman səninləyik!” mesajını verməkdir.Xatırladaq ki, Ramil Səfərov artıq 3 ildir ki, tərcümə işi ilə məşğul olur. Ramil bu müddət ərzində 2 kitabın tərcüməsini bitirərək oxucularına təqdim edib və artıq üçüncü kitabın tərcüməsini tamamlamaq üzrədir.
OXŞAR XƏBƏRLƏR