Ramil Səfərovu tənqid edən politoloq ermənilərin adamıdır?
Bütün Xəbərlər
02:19 15.09.2011
1419
Qarabağ Azadlıq Təşkilatı, Qazilər Birliyi və Vətən Müharibəsi Əlillər Cəmiyyəti birgə bəyanat yayıb. QAT-ın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumatda deyilir.“Biz ölkə mətbuatında qərəzli və çox vaxt da konyuktur cızma-qaraları ilə ad çıxarmış Cümşüd Nuriyevin Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərov haqda yazısını qətiyyətlə pisləyirik. Bu yazının sifarişlə yazıldığı heç kəsdə şübhə doğurmamalıdır. Bu sifarişi Ermənistanın xüsusi xidmət orqanları da, hər hansı beynəlxalq erməni mərkəzi də verə bilərdi. Cümşüd Nuriyev sifarişlə işləməyə öyrəşmiş adamlardandır. Onun bu yazısını vermiş qəzetin də mövqeyini başa düşmür və düşmək də istəmirik. Müəllifin və qəzetin bu hərəkətinin düşmən dəyirmanına su tökməkdən başqa adı yoxdur. Biz hesab edirik ki, yazıda deyilənlər Ramil Səfərovun adına böhtandır və ermənilərin hadisədən dərhal uydurduqları yalanla üst-üstə düşür. Bu başabəla müəllif ermənilərin yalanlarını təkrar etməsinin səbəbini Azərbaycan cəmiyyətinə izah etməlidir. Bir daha bildiririk ki, Ramil Səfərov ermənini yatan yerdə öldürməyib, üzbəüz, əlbəyaxa döyüşdə öldürüb, özü də ona görə öldürüb ki, o, Azərbaycan xalqını, dövlətini, bayrağını təhqir edirdi. Ramil bu təhqirlərə dözməyib və əsl qəhrəman və vətəndaş kimi hərəkət edib.