Ramil Səfərovun harada olması haqqında xəbər var!

Ramil Səfərovun harada olması haqqında xəbər var!
Bütün Xəbərlər
13:31 06.12.2012
6002

Macarıstanda 8 illik həbsxana həyatından sonra bu ilin avqustunda Azərbaycana ekstradisiya edilən və əfv olunan Ramil Səfərov barədə maraqlı məlumatlar var. 

AZXEBER.COM-un məlumatına görə, onun yeri artıq məlumdur. 

Xatırladaq ki, bu il sentyabr ayının 1-də müdafiə naziri Səfər Əbiyev tərəfindən qəbul edilərək mayor rütbəsi ilə təltif edilən R.Səfərovun hərbi xidmətə başladığı barədə mətbuata məlumat verilmişdi. Ancaq ötən müddət ərzində R.Səfərovun harada olması, hansı işlə məşğul olması ilə bağlı dəqiq bilgi verilməyib. Yalnız Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ramiz Nəcəfov jurnalistlərə açıqlamasında R.Səfərovun peşəkar zabit kimi xidmət göstərdiyini deyib. Lakin o, Səfərovun hansı hərbi hissədə qulluq edəcəyini açıqlamaq istəməyib.

“Yeni Müsavat” qəzetinin yazdığına görə, R.Səfərov hazırda Bakıdakı hərbi hissələrin birində zabit kimi xidmətini davam etdirir. Bu barədə sözügedən qəzetin redaksiyasına hərbi mənbələrdən məlumat daxil olub. Bildirilir ki, mayor R.Səfərov şəhərdə yerləşən hərbi hissələrin birində gündəlik adi qaydada xidmət edir: “Ramil hər gün sərbəst şəkildə xidmətə gedib-gəlir. Ailə qurandan sonra evlə təmin olunub, maaşını alıb. Onu qoruyurlar. O, təhlükəsizliklə bağlı yüksək şəkildə təlimatlandırılıb”.

OXŞAR XƏBƏRLƏR