Ramil Şeydayev "Bursaspor"da?

İDMAN
19:59 22.01.2020
7709

Milli komandamızın üzvü Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirə bilər. 

Bildirilir ki, 24 yaşlı futbolçu "Bursaspor"un maraq dairəsinə düşüb. Məlumata görə, hücumçu axtarışında olan Bursa təmsilçisinin transfer siyahısında bir dönəm "Trabzonspor"da  forma geyinmiş futbolçumuzun da adı var. Ramilin hazırda klubsuz olması "ağ-yaşıllar" üçün ideal variant kimi göstərilib.

Qeyd edək ki, "Bursaspor" hazırda 1-ci liqada çıxış edib. Komanda 18 turdan sonra 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

fanat.az

OXŞAR XƏBƏRLƏR

X Mostbet