Ramil Usubov Azərbaycan polisindən danışdı

Ramil Usubov Azərbaycan polisindən danışdı
Bütün Xəbərlər
14:18 02.07.2012
1421
Son 18 ildə Azərbaycanda axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 6 tondan çox narkotik vasitə çıxarılıb, Trend-in məlumatına görə, bunu daxili işlər naziri general-polkovnik Ramil Usubov iyulun 2-də Polis günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib. "Ölkədə cinayətkarlığa qarşı barışmaz mübarizənin başlanğıcını qoyulan 1994-cü il 9 avqust tarixli Fərmandan sonrakı dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılmış və onun tətbiqilə törədilən cinayətlərin sayı 11 dəfə azalıb" Usubov qeyd edib. Məlumatı DİN-in mətbuat xidməti yayıb. Nazirin sözlərinə görə, hər il qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədərini məhz böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir.
OXŞAR XƏBƏRLƏR