Ramil Usubov Bərdədə vətəndaşları qəbul edəcək

Bütün Xəbərlər
12:59 12.05.2011
1423

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyun ayının 4-də Bərdə şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəbul Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Zəngilan rayon sakinləri üçün nəzərdə tutulub. 

Vətəndaşların qəbulu siyahıda birinci göstərilən şəhər polis şöbəsində keçiriləcək. Qəbul saat 11:00-da başlayır.

 

OXŞAR XƏBƏRLƏR