Ramil Usubov ‘bandotdel’in rəis müavinini işdən çıxartdı

Ramil Usubov ‘bandotdel’in rəis müavinini işdən çıxartdı
Bütün Xəbərlər
13:50 15.05.2014
1630

Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi həyata keçirilib.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Həsənovun tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb. Nazirin digər əmri ilə  o, Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.  

Xatırladaq ki, Astara rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rəşid Səfərov aprel ayında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyində işlə təmin olunub.

OXŞAR XƏBƏRLƏR