Nazir əmr imzalayıb.
Daxili İşlər naziri Ramil Usubov daha bir rəisi işdən çıxarıb.
AZXEBER.COM AzNews.az-a istinadən xəbər verir ki, nazirin əmriylə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb.
Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur. O, 1993-cü ildən başlayaraq yol polisində çalışır.